Bu səhifə Match 6.5 sorğusuna necə yanaşmağı başa düşməkdə sizə kömək üçün tərtib olunub. Bu sorğu sizdən işdə mümkün davranışınız barədə məlumat verməyi xahiş edir. Tədqiqat göstərmişdir ki, Saville Assessment Wave® sorğuları iş yerində göstəricilərin və davranışın bir çox növlərinin yaxşı təxminçisidir.
Sorğu, bu bəyanatları ‘Qətiyyən razılaşmıram’ ilə ‘Tamamilə razılaşıram’ arasında doqquz ballıq şkalada qiymətləndirməyinizin xahiş olunduğu altı bəyanatdan təşkil edilmiş bloklardan ibarətdir. Lütfən hər bir bəyanat üçün müvafiq qiymətləndirməni seçməklə cavablarınızı daxil edin. Növbəti bloka keçmək üçün hər bir bəyanatı cavablandırmalısınız.
İki və ya daha çox bəyanata eyni qiymətləndirməni verdiyiniz zaman hansı bəyanatın sizə ən uyğun, hansı bəyanatın ən az uyğun olduğu soruşula bilər.